Bugünki sual “When are you most happy?” yəni “Ən çox nə vaxt xoşbəxt olursunuz?” oldu.
Ölüm ərəfəsində olan insan kimi bu gün bütün həyatımı gözümün qabağına gətirdim (bu bir zarafat idi). Ən çox xoşbəxt olduğum anları xatırlamağa çalışdım…
Sonda belə qənaətə gəldim ki, uşaqlıqdan bəri ən xoşbəxt anlarım ətrafımda sevdiyim və məni sevən insanlar olanda, axşamlar Bakının mərkəzində gəzintiyə çıxdığım, təbiət qoynunda istirahət etdiyim zaman olub.
Övladlarım dünyaya gəldikdən sonra isə onlarla vaxt keçirdiyim, onları sevindirdiyim zamanlar ən yaxşı günlər olub.
Ümumilikdə düşündüyümdə, ən çox xoşbəxt olduğum zamanlar istəklərimlə imkanlarım üst-üstə düşən, ürəyimcə olan işlə məşğul olduğum, işimin istirahətimə mane olmadığı, yaxınlarımın sağlam və həyatlarından razı olduqları vaxtlar olub.
Bəs siz nəvaxt ən çox xoşbəxt olursunuz? Çəkinməyin kommentlərdə yazın.
Aynur Vəliyeva