“Xocəsən” yerüstü stansiyasında tikinti və quraşdırma işləri başa çatıb

Bakı metropoliteninin “Xocəsən” elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb.

TIME Trend-ə istinadən bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri görüldüyünü deyib.

“Hazırda stansiya və depoda inşaat işləri tam yekunlaşıb. Quraşdırma, sazlama, tənzimləmə və infrastrukturla bağlı məsələlərin tam əksəriyyəti həllini tapıb. Hazırda sınaq və tənzimləmə işləri aparılır. Zəruri yerlərdə texnoloji proseslərə uyğun olaraq sazlanma işləri davam etdirilir”.

Xatırladaq ki, “Xocəsən” elektrik deposu və “Xosəsən” yerüstü metro stansiyasının ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Leave a Reply Cancel reply