Qarabağda “ərzaq qıtlığı” yaşanır? – FOTO

Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirildiyi ərazidə azərbaycanlıların dinc aksiyası ilə bağlı Ermənistan mediası saxta xəbərlər yaymaqda davam edir. Sosial şəbəkələrin erməni seqmenti və erməni KİV-i Xankəndinin “blokadası” və “ərzaq qıtlığı” ilə bağlı yalan məlumatlar yayır.

TIME Trend-ə istinadən bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan özü də yalan xəbərlər yaymaqda onlarla ayaqlaşmaq qərarına gəlib və bu gün bildirib ki, guya Laçın yolunun “bağlanması” səbəbindən Qarabağda ərzaq qıtlığı başlayıb. Azərbaycanı “blokada”da ittiham edən Paşinyan iddia edir ki, Qarabağda humanitar vəziyyət son dərəcə gərgin olaraq qalır. Halbuki, hər gün, bəzən gündə bir neçə dəfə təminat maşınları, humanitar karvanlar, təcili yardım maşınları həmin yoldan keçir. Bunu təsdiqləyən çoxlu foto və videolar da var.

Bu arada ermənilər sosial şəbəkələrdə Qarabağdan fotolar yerləşdirirlər və orada insanların “ərzaq böhranından əziyyət çəkdiyini” iddia edirlər. Ancaq fotoda bunun tam əksi görünür: mağaza və bazarlarda ərzaq bolluğudur. Beləliklə, erməni təbliğatı bir daha öz yalanlarını ifşa edir və ənənəyə uyğun olaraq özünü gülünc vəziyyətə salır.

Leave a Reply