“Kənddən Şəhərə” yarmarkasında qiymətlərin monitorinqi keçirilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkaları təşkil olunur.

TIME Trend-ə istinadən bildirir ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında təşkil olunan yarmarkaya maraq qənaətbəxş idi. Alıcılar bildiriblər ki, yarmarkada qiymətlər market və dükanlardan daha ucuzdur.

Yarmarkalar Bakı və Abşeron ərazisində baş tutacaq. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-ə yaxın regiondan 70-dən artıq fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.

Qeyd edək ki, “Kənddən şəhərə” yarmarkalarının həftəsonlarında şəhərin hər bir rayonda keçirilməsi alıcılar və satıcılar üçün daha sərfəli olardı. Belə ki, müxtəlif regionlardan gələn satıcılar paytaxtın onlara daha yaxın olan rayonunda məhsullarını təqdim edə bilərdilər, alıcılar isə evlərinə daha yaxın ərazilərdə bazarlıqlarını etmiş olardılar və alış-verişdə qənaət etdikləri vəsaiti taksiyə vermək məcburiyyətində qalmazdılar. Hazırda isə yarmarka yalnız bir yerdə yerdə keçirilir, ən yaxşı hallarda bu cür yarmarkalar şəhərin mərkəzindən uzaqda 3-5 ünvanda keçirilir.

Leave a Reply