Dövlət qulluqçusunun stajının hesablanma qaydası dəyişir

Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanma qaydası dəyişir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanda “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti də nəzərə alınacaq.

Eyni zamanda fərmana əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət də dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınacaq. İndiyə qədər dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən sadəcə ödənişli məzuniyyət dövrləri nəzərə alınırdı.

Leave a Reply