Bu gün tələbələrimizin iş axtarması qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.
TIME bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyə hazır ol” karyera inkişafı forumunda onuda deyib ki, özəl və dövlət sektoru ilə tələbə təcrübə proqramlarının dəfələrlə artırılmasına ehtiyac var.
“İlk növbədə əmək bazarı ilə bağlı şəxsi mülahizələrə deyil, elmi əsaslara söykənən araşdırmalara ehtiyac var. İkincisi, mühüm sualların cavabları bizim xoşumuza gəlsə də, gəlməsə də ona uyğun addınlar atmalıyıq. İşəgötürənlər karyera mərkəzi ilə yaxın işləsələr, biz də nazirlik olaraq hər bir şəraiti yarada bilərik”,- deyə nazir əlavə edib.
Nazirin sözlərinə görə, 5 il öncə məzun olan şəxslər daha çox iş tapa bilirdilər.
O, qeyd edib ki, heç də bütün tələbələr ali təhsil müddətində müvafiq təcrübə proqramları ilə əhatə olunmurlar.
“Ali təhsil sistemində tələbələr, tələbə olduqları dövrdə aiddiyyəti təcrübə proqramlarına cəlb olunmalıdır”, – nazir bildirib.
Bütün bunları nəzərə alaraq nazirlik peşə və ali təhsildə əhatəliliyi artırmağa çalışır və E. Əmrullayevin dediyinə görə bu prosess kəmiyyət baxımından çox sürətlə gedir.
Nazir qeyd edib ki, 10 il öncə ali məktəbə qəbul olanların sayı 20-30 min idisə, bu il rekord olaraq 50 min nəfərə çatıb.
“Növbəti 4 ildə bu rəqəmi 60 minə çatdırmağı planlaşdırırıq. Lakin tələbənin hansı bacarıqlara sahib olması önəmli faktordur. 60 min insan ali təhsil müəssisəsinə gələndə hansı bacarıqlara sahib olur, ilk öncə bu, bilinməlidir. Peşəkar kadr hazırlamaq zaman tələb edir. Bunu 6 aya etmək mümkün deyil. 6 ay hansısa bacarığı olan, məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq mümkündür”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün əksər məşğulluq saytlarında elanlara nəzər salsaq görərik ki, istənilən şirkət mövcud olan vakansiyaya artıq təcrübəsi olan, bir neçə dil bilən mütəxəsis axtarır. Şirkətlərin böyük hissəsi təhsil aldığı profilə uyğun olaraq tələbələri işə qəbul edərək onların peşə bacarıqlarını və xarici dil biliklərini artırmaq həvəsində deyillər, onlar artıq hazır kadr istəyirlər.
Tələbələrin və ali təhsil müəsissələrinin əksəriyyəti təhsil aldıqları peşə üzrə iş tapa bilmədiklərindən məcbur olurlar qənaətbəxş maaş təklif edən, lakin daha ağır iş rejimi olan sahələrdə işləsinlər. Onlar restoranlarda, kafelərdə, barlarda, mağazalarda, klublarda, hotellərdə, taksilərdə, çatdırma xidmətlərində və s. gecə və gündüz smenlərində işləyirlər və bir çoxları ali təhsilli olmaqlarına və ola bilsin perspektivli bir kadr ola biləcəklərinə baxmayaraq elə o sektorlarda qalıb işləyirlər və artıq peşə yararlılıqlarını itirirlər.