Gənclərin uğurlu karyera qura bilməsi üçün xüsusi metodika hazırlanıb

Gənclər başa düşməlidir ki, əmək bazarında onlar ən azı 5 dəfə fəaliyyət istiqamətlərini dəyişməli olacaqlar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Gələcəyə hazır ol” karyera inkişafı forumunda onuda deyib ki, gənclər öz sahələrində olan proqramlarla işləməyi bacarmalıdır.

“İndiki zamanda insanın savadlı olması yalnız oxuyub yazmaqla ölçülmür. IT texnologiyasını istifadə etməyi bacarmaq mütləq lazımdır”,- deyə M.Abbaszadə əlavə edib.

Gənc kadrların yeni əsrin əmək bazarının tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə gənclərin uğurlu karyera qura bilməsi üçün xüsusi metodika hazırlanıb.

M. Abbaszadə sözlərinə görə, gənclər çox zaman valideyn təzyiqi altında ixtisas seçimi edirlər və nəticə olaraq yaxşı karyera qura bilmirlər. Lakin son 3 ildə xüsusi bir metodika hazırlanıb.

“Bu metodika erkən yaşda şəxsin hansı istiqamətdə təhsil alsa, uğurlu karyera qura biləcəyini müəyyənləşdirir. Bunun üçün sorğular toplanıb və 15-17 yaş arasında gənclər üçün bu metodikanın tətbiqinə başlanılıb”,- deyə o əlavə edib.

Leave a Reply