DİM vakansiya elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsində məsləhətçi vəzifəsi (sosial məzuniyyətdə olan işçi yeri) üzrə vakansiya elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən tələblərə uyğun olmalıdırlar:

Struktur bölmə:  Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi, Səriştə və davranışların qiymətləndirilməsi sektoru

Vakant vəzifənin adı:  Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə)

Qulluq funksiyaları: 

  • Səriştə modelinin nəzəri əsaslarını mənimsəmək, səriştə və bacarıqların siyahısının müəyyən olunması ilə əlaqədar təkliflər vermək;
  • Situasiya mühakimə testləri üçün tapşırıqlar yazmaq;
  • Rol oyunları, situasiya tapşırıqları, simulyasiya tapşırıqları və digər alətlərin hazırlanmasında iştirak etmək;
  • Bütün alətlərin tətbiqində iştirak etmək, keyfiyyətini təhlil etmək və müvafiq düzəlişlər təklif etmək;
  • Dövlət qulluqçularının fərdi xüsusiyyətlərini təhlil etmək və onların təlim ehtiyaclarını müəyyən etmək üçün psixoloji alətlərin hazırlamasında və tətbiqində iştirak etmək;
  • İngilis və rus dillərindən mətnləri tərcümə etmək, test, anket və digər alət və metodların adaptasiyasına yardım etmək;
  • Sınaq testlərinin təşkilinə və keçirilməsinə yardım etmək;
  • Maarifləndirici mətnlər, o cümlədən məqalə, hekayə, ssenarilər yazmaq, mətnləri yoxlamaq və redaktə etmək;
  • Hesabat və təqdimatların hazırlanmasına yardım etmək;
  • Verilən tapşırıqlara və məqsədlərə uyğun olaraq müsahibələrin, fokus-qrupların aparılması və qiymətləndirilməsi.

Təhsil tələbləri: Ali təhsil (psixologiya, sosial elmlər, fəlsəfə, idarəetmə, iqtisadiyyat, hüquq ixtisaslarına üstünlük verilir)

İş təcrübəsi: Praktiki iş və ya akademik təcrübəsi olanlara üstünlük verilir.

Xarici dil: İngilis və ya rus dilli üzrə sərbəst şəkildə oxuma, anlama, mətn hazırlama (ingilis dilinə üstünlük verilir)

Digər şərtlər: 

  • Microsoft Office (əsasən Word və Excel) proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, mətnlərin hazırlanması, redaktəsi və təhlili.

Tələb olunan səriştələr: Kommunikasiya (o cümlədən, arqumentasiya, inandırma), komandada işləmə, emosional zəka, analitik və tənqidi düşüncə, etibarlılıq və dürüstlük, məlumatların idarə edilməsi bacarığı, diqqətli yanaşma, dəyişikliklərə açıqlıq, öz üzərində işləmə bacarığı

Müsabiqə prosesi: 

1-ci mərhələ: “CV” əsasında seçim;

2-ci mərhələ: praktiki tapşırıqlar (yazılı mətnin təhlili, mətn hazırlama, xarici dildə oxuyub anlama və tərcümə);

3-cü mərhələ: təqdim olunan material əsasında test tapşırığı yazma;4-cü mərhələ: üz-üzə müsahibə.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz “CV formasını” mövzu bölməsində “Məsləhətçi” qeyd olunmaqla n.abdulalimova@dim.gov.az elektron poçt ünvanına 22 yanvar 2022-ci il tarixədək göndərə bilərlər.

Leave a Reply