Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Yeni ilin ilk aylarında ola bilsin ki, Bakıda buz meydançası fəaliyyətə başlasın.

TIME Trend-ə istinadən bildirir ki, Gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, artıq bu istiqamətdə danışıqlar gedir.

“Bu ilk ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak etdim. Həm nazir, həm vətəndaş kimi istərdim ki, bizdə də qış idman növləri inkişaf etsin. Yeni ilin ilk aylarında ola bilsin ki, Bakıda buz meydançası fəaliyyətə başlasın. Artıq bu istiqamətdə danışıqlar gedir”, – deyə F. Qayıbov əlavə edib.

Leave a Reply