Qanunvericilikdə dövlət qulluğu ilə bağlı müəyyən normativlər dəyişilməlidir.
TIME bildirir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında, qeyd edilən dəyişiklikləri etmək üçün bu sahədə dünya təcrübəsi öyrənilməli oldduğunu vurğulayıb.
“Dünyada dövlət qulluğunda işləyən 58 faiz insan öz gələcəyini görə bilmir. İnsanlar gərək öz işlərindən məmnun olsunlar. “Səriştə” proqramına 2025-ci ilə qədər nail olacağıq. Səriştə” modeli işə götürən insanlar üçün yox, həmçinin bu prosesdə iştirak edən insanlar üçün də vacibdir. İnsan öz səriştələrini bilirsə, özünü qiymətləndirməyi də bacarır. “Səriştə” modelinə əsasən seçimlər hansısa hüquqi sənədlərə, diplomlara görə aparılmır. Bu proqram insanın indiki potensialını və onun gələcək potensialını müəyyən edir. Səriştələr hər bir vəzifəyə əsasən müəyyən edilir. Bununla əlaqədar 16 səriştə profilimiz var”, – deyə o əlavə edib.