Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə necə tərtib olunur? – VİDEO

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların maarifləndirilməsi məqsədi ilə növbəti video təlimat hazırlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, video təlimat “Fiziki şəxsin uçotdan çıxarılması haqqında ərizə”nin tərtib olunması və göndərilməsi barədədir.

Bunun üçün e-taxes.gov.az platformasında şəxsi kabinetinizə daxil olun. Növbəti mərhələdə “Bölmə” xanasında “Onlayn kargüzarlıq” və “Elektron vergi hesab-faktura” seçilərək “Daxil ol” düyməsi sıxılır. Giriş uğurla başa çatdıqda sistemin menyusunda “Yeni müraciət forması” seçilir, həmin bölmənin “Kimə” siyahısından “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə”, “Müraciət növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından “Fiziki şəxsin uçotdan çıxarılması haqqında ərizə” seçilir və “Qəbul” düyməsi sıxılır.

Açılan ərizə formasında vergi orqanı, vergi ödəyiçisinin adı, vergi ödəyiçisinin VÖEN-i, ünvanı, ləğv olunma səbəbi avtomatik qeyd edilir. “Vergi ödəyiçisinin ləğv olunma tarixi” xanasında ləğv olunma tarixi qeyd edilir. “Ləğv dövründə muzdlu işçilərin sayı” xanasında muzdlu işçilərun sayı qeyd edilir. “Ləğv olunmanın əsas səbəbi” xanasında səbəb göstərilir. Bütün məlumatlar doldurulduqdan sonra “İrəli” düyməsi sıxılır və daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqlənmə pəncərəsi açılır. Məlumatların ddoğruluğunu təsdiqləmək üçün “Tanış oldum, məlumatların doğruluğunu təqdiqləyirəm” xanası işarılınir və “Qəbul” düyməsi sıxılır. Düzəlişə ehtiyac olarsa “İmtina” düyməsi sıxılır, düzəliş edilir və sənəd təsdiqlənir.

Sənəd imzalanaraq göndərildikdən sonra Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə bildiriş ekrana çıxır, həmin səhifədə “Çap” düyməsi sıxıldıqda sənəd çap olunur, “Bağla” düyməsi sıxıldıqda sənədlə iş tamamlanmış hesab olunur. Göndərilən ərizə “Göndərdiklərim” qovluğuna düşür və burda ” pəncərə bağlanır və burada vergi ödəyicisi “Əməliyyat tarixçəsi” vasitəsilə ərizənin Dövlət Vergi Xidmətində gedişatını izləyə bilər.

Leave a ReplyCancel reply