CinemaPlus hədiyyəli aksiya keçirir

Bu il məşhur “CinemaPlus” kinoteatrlar şəbəkəsinin 10 yaşı tamam oldu.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu münasibətlə Bakının Ticarət Mərkəzlərindən birində yerləşən kinoteatrda, “CinemaPlus” kinosevərlərlə birlikdə öz yubileyini qeyd etdi.

Kinoteatr çoxlu sayda qonaqlarla möhtəşəm bir festival keçirdi. Foto zona, şarlar, bayraqlar, animatorları, hündür boylu kuklalar və peşəkar musiqi qrupunun müşaiyəti ilə təkcə uşaqları deyil, böyükləridə sevindirdi.

Lakin sürprizlər bununla da bitməyib və CinemaPlus belə əlamətdar gün üçün
xüsusi hazırlanmış aksiya ilə hamını sevindirmək qərarına gəlib. Biletləri onlayn
almaqla siz “Soliton” şirkətindən müxtəlif hədiyyələr qazanma şansı əldə edirsiniz.
Aksiya dekabrın 31-dək qüvvədə olacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi öz ənənəsini pozmayaraq növbəti dəfə çox parlaq festival keçirib.

CinemaPlus şəbəkəsinə 10 kinoteatr, 50+ ekran və 5000+ oturacaq daxildir.
Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya
sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin,
gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün
bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı
yaradır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan və ispan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkiləri sifariş etmək imkanı yaradır.

Həmçinin kinoteatrda, zalların yuxarı pillələrində yerləşən, 6 nəfərdən 12 nəfərə kimi oturacaqları olan 6 şüşəli mini Skybox zalları var. Tamaşaçılar fərdi işıqlandırma və gadjetlərin şarj cihazı ilə təchiz olunmuş rahat oturacaqlarda film izləməkdən zövq ala biləcəklər. Hər bir Skybox zalına giriş lift ilə mümkündür.

Kinoteatrda xüsusi qonaqlar üçün quraşdırılmış masalar və ayaq dayağı olan geniş, rahat, avtomatik qatlanan oturacaqlarla təchiz olunmuş iki VIP DIAMOND zalları var.

Bütün oturacaqlar bir-birindən müəyyən məsafədə yerləşir, bu da rahatlıq
mühiti yaradır. Son sıralarda, ev şəraitini xatırladan rahat divanlar var.

Bundan əlavə “CinemaPlus” Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası
tətbiq edib.

Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək
imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir
mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri
sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.

Həmçinin, 4DX formatı ölkəmizdə yalnız “CinemaPlus” kinoteatrında tətbiq
olunur. 4DX innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və
qorxu filmlərini hərəkət, fırlanma və kreslodan titrəyişlər, su damcıları və külək,
ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual
effektlərini genişləndirir. Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş
verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri
hesab olunur.

Leave a Reply