Baş Prokurorluq “AzBadam” şirkətinə məxsus badam bağlarında qadın meyitinin tapılması ilə bağlı açıqlama dərc edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, dekabrın 19-u saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində “AzBadam” şirkətinə məxsus badam bağlarında traktorla qazıntı işləri aparılarkən 1 metr dərinlikdə sellofan torbaya bükülmüş vəziyyətdə şəxsiyyəti müəyyən edilməyən qadın cinsli çürümüş meyitin qalıqları aşkar edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq qaydada nümunalər götürülərək ekspertizaya təqdim edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.