Bakıda və Abşeron yarımadasında bu gün dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, sabah gün ərzində hava arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun anomal dəyişikliyi gözlənilir, gecə 8°-dək isti, gündüz 5°-dək isti, Bakıda gecə 8°-dək isti, gündüz 5°-dək isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Havanın temperaturu: dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0°-yə yaxınlaşacağı gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.