Bugünkü həyatınız, bir il əvvəl təsvir etdiyiniz kimidir?

Bu gündən etibarən, apardığım bloqda “Bu günün sualı” adlı yeni rubrika açılır.

Rubrukanı açmağa saytımın fəaliyyətini təmin edən “WordPress” platformasının bir neçə gün ardıcıl olaraq yeni yazı səhifəsində mənə suallarla müraciəti təşviq etdi. Düşündüm-daşındım belə fikrə qəldim ki, qısada olsa bu suallara cavab verməyə çalışacam. Bu günün sualı “İs your life today what you pictured a year ago?”, yəni bizim dildə desək “Bu günkü həyatınız, bir il əvvəl təsvir etdiyiniz kimidir?” oldu.

Bir sözlə desəm bu sualın cavabı tamamilə YOX olardı. Amma bu heçdə o demək deyil ki, bu günki nailiyyətlərim məni qane etmir. Əldə etdiklərim nəticə olaraq istəklərimin reallaşdığını göstərir, lakin bu nailiyyətlər itkilərlə yanaşı baş verdi.

Misal üçün, saytımın kontentini artırmağı düşünürdüm və bu baş verdi, lakin planlaşdırdığım kimi dəstək üçün yeni işçi cəlb edə bilmədim.

Gəlirim nisbət etibarı ilə artdı, lakin önəm verdiyim tərəfdaşlarımın sayı azaldı, xərclərim çoxaldı.

Əkiz övladlarım istədiyim kimi, ali təhsil almaq üçün qəbul olundular, lakin biri məndən uzaqdadır və bu heçdə mənim gözlədiyim və sevinəcəyim bir hal deyil. Lakin oğlum üçün bu əlbəttə ki, yeni həyat təcrübəsi və olğunluğunun yeni bir pilləsidir.

Ailə həyatımda müsbət dəyişiklər oldu. O qədərdə böyük olmayan ailəmizə nəhayət yeni bir üzv əlavə olundu, qardaşım evləndi, evimizə qəlin gəldi və mən onun mənə bacı olacağı ümidi ilə yaşayıram, amma olmasada başa düşərəm, bu içdən gələn bir şeydir…

Dünyada baş verənlərə nəzər saldıqda, heç vaxt düşünməzdim ki, Rusiya ilə Ukrayna müşahidə etdiyimiz miqyasda və qəddarlıqda müharibə edə bilər. İlk növbədə ona görə ki, Türkiyə Azərbaycan üçün nədirsə, Ukrayna ilə Rusiyada bir-biri üçün o olub nə vaxtlarsa. Bir çox tarixi kitablarda İkinci Dünya müharibəsində qalibiyyətin böyük payının Ukrayna partizanlarının hərəkatına aid olduğu qeyd edilir. Bunu sizdən gözləmirdik…

Ölkəmizə nəzər salsaq siyasi nöqteyi nəzərdən vəziyyət yetərincə təzadlıdır. Qarabağ Azərbaycanındır, amma sülhməramlıların nəzarəti altında olan torpaqlarda özbaşınalıq baş alıb gedir, təbii resurslarımız talanır, ekologiyamıza ziyan vurulur, rəsmi nümayəndələrimizin öz torpaqlarında monitorinq aparmasına imkan verilmir, halbuki sənədlərə əsasən bütün baş verənlərin qarşısı alınmalıydı.

İki oğlu olan ana kimi, ötən il düşünürdüm ki, bu il sülh sazişi imzalanacaq və hər-hansı hərbi qarşıdurmadan, müharibədən söhbət getməyəcək, bütün hərbiçilər evlərinə qayıdacaq və partlayış səsləri yalnız bayram sevinci ilə keçiriləcək atəşfəşanlıqlarla bağlı olacaq.

Lakin çox təəssüf ki, Qarabağda, Ukraynada, Türkiyədə, İranda, Rusiyada partlayışlar olur, minalar, dinamitlər, binalar partlayır, günahsız insanlar edam edilir, öldürülür və bu artıq adiləşməyə başlayır…

Ölkəmizin sosial iqtisadi həyatında isə bir çox müsbət dəyişiklilərin əsası qoyulur, büdcəyə vergi ödənişləri rekord göstəriciyədək artıb, gəlirlərimizdə artır, pensiyalar, sosial ödənişlər və maaşlarda artır, lakin onlarla bərabər və daha sürətlə qiymətlər, rüsumlar və digər xərclərdə artır.

Düzünü desəm ötən il düşünürdüm ki, bu il gözlənilən qiymət artımının öhdəsindən gəlmək, qida, kommunal, səhiyyə və təhsil ödənişlərini ödəmək mümkün olmayacaq. Bu gün isə mövcud kreditlərimi necə ödəyəcəyimi düşünürəm, amma bizim adətlə necə deyərlər, bu günümüzədə şükür…

Bəs sizdə necədir vəziyyət?

Aynur Vəliyeva

Leave a Reply Cancel reply