Yüksək qiymətli daş və metallar nağd satılmayacaq

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı ilə bağlı nağd alma məbləği müəyyən edilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Milli Məclisinin bu gün keçirilən iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Leave a Reply