Sabahdan “Türk filmləri həftəsi”başlayır

17-21 dekabr tarixlərində Bakıda “Türk filmləri həftəsi” təşkil olunacaq. Bu barədə Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç məlumat verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakıdakı Yunus Əmrə İnstitutu, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq “Türk filmləri həftəsi” Nizami Kino Mərkəzində keçiriləcək.

Dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılık Hasan” filmi ilə film həftəsinə start veriləcək.

Dekabrın 19-da isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur.

Həftə ərzində “Bağlılık Hasan”, “7. Koğuştakı Mucize”, “İyi ki Varsın Eren”, “Adanış-Kutsal Kavga”, “Aşkın Ömrü”, “Ankara Yazı”, “Veda Mektubu ve Rafadan” və “Tayfa-Göbeklitepe” filmləri nümayiş olunacaq.

Giriş sərbəstdir.

Leave a Reply