Rəqəmsal transformasiya istiqamətində hansı tədbirlər görülür?

Rəqəmsal hökumət istimaqətində bir sıra strateji sənədlərin hazırlanmasına başlanılıb.

TIME bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva bu günki mətbuat konfransında onuda deyib ki, Dünya Bankı tərəfindən bu işi görəcək şirkətlər seçilib, araşdırma aparılır, dövlət qurumlarına suallar göndəriləcək və cavablar əsasında işlər görüləcək.

Sədr müavini qeyd edib ki, Sumqayıtın “Ağıllı şəhər” konsepsiyası hazırlanacaq, pilot layihə üzrə 2023-cü ilin birinci rübündə işlərə başlanılacaq.

“Ağıllı şəhər” konsepsiyasının 3 istiqamət üzrə həyata keçirilməsi planlaşdırılır. Bunlar parkinq, vayfay, ictimai nəqliyyatda bağlı müəyyən həllərdir”, – deyə İ.Vəliyeva bildirib.

Bununla yanaş, Milli süni intellekt strategiyasının hazırlanması üzərində iş gedir. Prosesə dəstək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin laboratoriyası və Türkiyə Rəqəmsal Transformasiya ofisinin təcrübəsindən istifadə olunur.

Qurumun rəsmisi qeyd edib ki, strategiyanın 2023-cü ildə hazır olması planlaşdırılır.

“İndiyə qədər bir çox dövlət qurumları bu istiqamətdə müəyyən iş görüb. Lakin onların öz təşəbbüsünə bağlı olub və məqsədə doğru olmayıb. Biz dövlət qurumlarına dəstək olaraq yol xəritəsini müəyyən edə bilərik. Bu istiqamətdə Energetika Nazirliyi ilə proses bitib və müzakirə mərhələsindədir. Digər nazirliklər də var ki, öz növbəsini gözləyir”.

İ.Vəliyeva sözlərinə görə, “eGov”un formalaşdırılmasında işlər sürətlə gedir.

“Bu işlərin görülməsinə üç ay vaxt verilmişdi, lakin düşünürük ki, biz bu işi vaxtından tez edəcəyik”, – deyə sədr müavini bildirib.

Qeyd edək ki, eGov ASAN-dan alınaraq RİNN-in İRİA qurumuna verildiyindən hazırda burada təhvil-təslim prosesi və Agentliyin yenidən formalaşdırılması prosesi gedir.

Qurumun rəsmisi onuda qeyd edib ki, bu il Azərbaycanda 26 dövlət qurumu “Hökumət buludu”na inteqrasiya olunub.

“2023-cü ildə daha 22 dövlət qurumunun “Hökumət buludu”na inteqrasiyası planlaşdırılır”, – deyə o bildirib.

Leave a Reply