Azərbaycanda vergi daxilolmalarının həcmində rekord yenilənib – ÜDM istehsalı 4,8% artıb

Bu ilin yanvar-noyabr aylarında ÜDM 121 mlrd. 445,8 mln. manat təşkil edib.

TIME bildirir ki,  iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında qeyd edilən dövrdə ÜDM-nin 4,8% artdığını yazıb.

“Bu ilin yanvar-noyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,8% artaraq 121 mlrd. 445,8 mln. manat, qeyri neft-qaz sektorunda isə 9,2% artaraq 61 mlrd. 628,3 mln. manat təşkil edib”, – deyə o qeyd edib.

Nazirin sözlərinə əsasən, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 mlrd. manatı keçib, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 7,9 mlrd. manata çatdığını qeyd edib.

“Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk”, – M.Cabbarov yazıb.

Leave a Reply