Azərbaycana 2 150-dək şəxsin readmissiyası nəzərdə tutulub

Bu il ərzində Avropa ölkələrindən təxminən 350 nəfər readmissiya olunub.

TIME bildirir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib ki, təxminən 2 150 civarında şəxsin isə readmissiyası nəzərdə tutulub. Ən çox readmissiya Almaniya Federativ Respublikasındandır.

Bu il ölkədə əcnəbilərə iş icazəsi üçün ayrılan kvota sayı 6 740-dır.

“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən əcnəbi sahibkarlara isə kvota tətbiq olunmayacaq”, – deyə V.Hüseynov əlavə edib.

Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələr- Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir.

Ukraynadakı hadisələrə görə hazırda ölkəmizdə 7 036 Ukrayna vətəndaşı yaşayır.

“İrandan da Azərbaycana gələnlər var. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”, – deyə V.Hüseynov əlavə edib.

Leave a Reply