İnternet mühitində hər gün minlərlə insan etibarlı olmayan şifrələrdən və parollardan istifadə edərək xakerlərin qurbanına çevrilir. Bu baş verməsin deyə nə etməliyik?
TIME bildirir ki, parolunuzu rahatlıqla qıra bilməsinlər deyə özünüzün və ya ailə üzvlərinizin ad günləri, toy və ya digər rəsmi qeydiyyat tarixlərindən istifadə etməyin.
Digət platformalarda, hesablarda qeydiyyatdan keçdiyiniz parollarıda qeyd etmək tövsiyyə olunmur.
Parolunuz nə qədər təsadüfi və rəqəm- hərf kombinasiyaları qarışığında olsa o qədər unikal olar, lakin eyni zamanda o sizin üçün rahat yadda qalan olmalıdır.
İki mərhələli autensifikasiya servislərindən istifadə etsəniz daha yaxşı olar, belə halda ilkin mərhələni keçən şəxsin, birbaşa sizin telefonunuza və ya elektron poçtunuza gələn mesajlara çıxışı olmadığı halda, parolunuzu qırmaq cəhdi boşa çıxacaq.
Bank kartınızın parolunu kartın üzərinə yazmayın və cüzdanınızda saxlamayın, çünki cüzdanınız və ya kartınız başqasının əlinə keçdikdə hesabınızdakı pulları nağdlaşdırmaq dahada asan olacaq.
Bundan başqa, hər ehtimala qarşı parolunuz qırıldığı halda onu asanlıqla bərpa etmək üçün bəzi platformalarda mütləq ehtiyyat elektron poçt ünvanı və mobil telefon nömrəsi qeyd edin.
Dünyanın ən məşhur və nüfuzlu VPN xidmətlərindən biri olan NordVPN kibertəhlükəsizlik komandasının parol meneceri olan “NordPass” ən çox istifadə olunan şifrələr barədə hesabat yayıb.
Hesabata əsasən, 2022-ci ildə ən çox istifadə edilən şifrələr və neçə dəfə sındırıldığı aşağıdakı kimi paylaşılıb.
Şifrə | Qırılma vaxtı | Neçə dəfə qırılıb? |
---|---|---|
password | 1 saniyədən qısa | 4.929.113 |
123456 | 1 saniyədən qısa | 1.523.537 |
123456789 | 1 saniyədən qısa | 413.056 |
guest | 10 saniyə | 376.417 |
qwerty | 1 saniyədən qısa | 309.679 |
12345678 | 1 saniyədən qısa | 284.946 |
111111 | 1 saniyədən qısa | 229.047 |
12345 | 1 saniyədən qısa | 188.602 |
col123456 | 11 saniyə | 140.505 |
123123 | 1 saniyedən qısa | 127.762 |
1234567 | 1 saniyədən qısa | 110.279 |
1234 | 1 saniyədən qısa | 106.929 |
1234567890 | 1 saniyədən qısa | 105.189 |
000000 | 1 saniyədən qısa | 102.636 |
555555 | 1 saniyədən qısa | 98.353 |
666666 | 1 saniyədən qısa | 91.274 |
123321 | 1 saniyədən qısa | 83.241 |
654321 | 1 saniyədən qısa | 81.231 |
7777777 | 1 saniyədən qısa | 74.233 |
123 | 1 saniyədən qısa | 60.795 |
Yuxarıdakı bütün rəqəmlər yalnız 2022-ci ili əhatə edir.