Bakı-Quba yolunda baş verən ağır qəza nəticəsində xəsarət alan daha bir nəfər dünyasını dəyişib.
TIME Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan TİR sdürücüsü xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Bakı-Quba yolunun 98-ci km-də (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib. Mersedes Vita markalı avtomobillə TIR toqquşub. Hadisə nəticəsində “Mercedes-Vita” markalı avtomobilin sürücüsü də daxil olmaqla 7 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.