Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə pensiyaların veriləcəyi tarixi açıqlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, pensiyaların ödənilməsi dekabr ayının 15-i tarixinə nəzərdə tutulub.
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası eyni gün ödəniləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən yeni sosial islahat paketinin tərkib hissəsi kimi, minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb.