2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixləri açıqlanıb

    2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin sınaq imtahanlarının tarixləri elan olunub.

    TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.

    İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, həmçinin qəbul imtahanı proqramlarında olan dəyişikliklər 3 noyabr 2022-ci ildə ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramlarının tam mətni yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq. Qəbul imtahanı proqramları isə “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq.

    Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

    Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) fevralın 12-də, magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı isə yanvarın 29-da keçiriləcək.

    Digər imtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

    İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

     2023-cü il ərzində keçiriləcək imtahanlar haqqında məlumat

    İmtahanın adıTarix
     Magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı29 yanvar
     Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)12 fevral
     III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı19 fevral
     I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə sınaq imtahanı19 fevral
     Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)19 fevral
     Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona Peşə liseylərinin buraxılış imtahanı
    5 mart
    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zonaPeşə liseylərinin buraxılış imtahanı
    12 mart
     Peşə liseylərinin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı13 mart
     •  Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; •  Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik); •  Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik); •  Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı; •  Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;


    2 aprel
     Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona9 aprel
     Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona16 aprel
     Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona30 aprel
     Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd))7 may
     •  əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; •  kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı (9 illik); •  müsabiqədə buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli bölmə üzrə iştirak etmək istəyənlər üçün əlavə imtahan (9   illik); •  Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət     edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; •  eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı (9 illik)


    14 may
     Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd)14 may
     QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (1-ci cəhd)20 may
     QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (1-ci cəhd)21 may
     III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan21 may
     I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan3 iyun
     QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (1-ci cəhd)3 iyun
     QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (1-ci cəhd)4 iyun
     Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci cəhd)11 iyun
     Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd))18 iyun
     QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (2-ci cəhd)8 iyul
     QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (2-ci cəhd)9 iyul
     III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan9 iyul
     Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd)16 iyul
     QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (2-ci cəhd)22 iyul
     QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (2-ci cəhd)23 iyul
     I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan23 iyul
     Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ)13 avqust

    Leave a ReplyCancel reply