13 ildən sonra “Avatar” yenidən kinoteatrlarda – VİDEO

Dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri olan– “Avatar 2: Suyun Yolu” filminin kinoteatrlarda nümayişi başlayır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq yeni Avatarda hadisələr – eynilə 2009-cu ilin filmində ki, kimi – yerli na`vi xalqının varlığının təhlükə altında olduğu Pandora planetində baş verir.

Rejissor Ceyms Kemeron, Avatar film seriyasında daha üç davam filmi çəkməyi
planlaşdırır.

Filmin ikinci seriyasında birinci filmdə baş rolları canlandıran aktyorlar Sem
Uortinqton və Zoi Saldana yenidən çəkilib. Ekrana, qəhrəmanı ilk lentdə ölən
Siqurni Uiver qayıdır.

Onlara Cek Çempion, Ceyms Fletters, Triniti Co-Li Bliss və “Oskar” mükafatçısı
Keyt Uinslet qoşulur.

“Avatar: Suyun Yolu” filminin büdcəsi 350 milyon dollardan çox olub.

Filmin haqqında qısaca: Avatar formasını aldıqdan sonra, əsgər Ceyk Salli, Navi
xalqının lideri olur və yeni dostlarını iş adamlarından qorumaq missiyasını öz
üzərinə götürür. İndi onun uğrunda mübarizə aparacağı biri var – Ceyk ilə gözəl
sevgilisi Neytiri də mübarizəyə qoşulub. Ağır silahlanmış dünyalılar Pandoraya
qayıtdıqda, Ceyk cavab verməyə hazırdır.

Film birinci hissəsi 2009-cu ildə ənənəvi 3D formatında nümayiş edilib. O illərdə
müasir 4DX texnologiyası yox idi. Bütün Cənubi Qafqaz ölkələri arasında yeganə
təmsilçi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq filmi bu formatda nümayiş
edəcək.

4DX texnologiyası tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə,
kino sənayəsində ən valehedici formatlardan biri hesab olunur.

4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və
istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi
kimi hiss etmək istəyir.

Qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə: rus,
ingilis və türk dillərində nümayiş olunacaq.

Leave a Reply