16 dekabr saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.
“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – məlumatda deyilir.