“Azərbaycan Dəmir Yolları” QSC dəmir yollarının transformasiyası üzrə işlər aparır.
TIME bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında qeyd edib ki, dəmir yollarında, eləcə də korporativ idarəetmədə ciddi islahatların aparılması nəzərdə tutulur.
“Dəmir yollarının transformasiyası üçün böyük layihələr həyata keçirilir”, – sədr vurğulayıb.
İlin sonunadək Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcminin 18,5 milyon tona çatacağı gözlənilir.
Qurumun rəhbəri onuda qeyd edib ki, 2021-ci ildə bu rəqəm 15 milyon ton, 2022-ci ilin 11 ayı ərzində isə 17 milyon ton təşkil edib.
“Həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətlərində tranzit daşımalarda da əhəmiyyətli artım müşahidə olunur”, – deyə o əlavə edib.