Bir sıra rayonda elektrik enerjisi verilişində fasilə yaranıb

Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərişıq” ASC-nin Qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün” ASC-nin bütün imkanları səfərbər olunub.

“Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür”, – məlumatda deyilir.

Leave a Reply