BDU-nun tələbələri üçün yeni yataqxana yaradılır

Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin yataqxana problemini həll etmək üçün müzakirələr gedir.

TIME bildirir ki, BDU-nun rektoru Elçin Babayev bu gün jurnalistlərə açıqlamasında yeni tələbə yataqxanasının 2500-3000 tələbə üçün nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, cari tədris ilin əvvəlində Bakıda tələbələrin yerləşdirilməsi üçün yataqxana probleminin mövcudluğu gündəmə gətirilmişdir.

Əmlak üzrə ekspertlər yataqxanaların əksəriyyətində məcburi köçkünlərin məskunlaşdığını qeyd edirlər.

Dövlət təşkilatları yataqxanaların saxlanması üçün xərcləri təmin etmədiyindən yataqxanaların bir hissəsi tamamilə bərbad vəziyyətə gəlib.

Bununla yanaşı bəzi yataqxanalar özəlləşdirilib və başqa məqsədlər üçün istifadə olunur.

Ekspertlər hazırda universitetlərin maliyyə imkanlarının yeni yataqxanaların tikintisinə imkan verməiyini qeyd edir. Universitetlərin istifadəsində olan yataqxanalarda isə ehtiyacı olan tələbələrin hamısının yerləşdirilməsi mümkün deyil. Prodbledmind həlli üçün özəl sektoru tələbə yataqxanalarının tikintisinə cəlb etmək, dövlət tərəfindən bu istiqamətdə fəaliyyət göstərmək istəyən şəxlərə müəyyən güzəştlərin tətbiq olunması təklifi irəli sürülmüşdü.

Leave a Reply