Yeni şəhərlərarası avtobus marşrutlarına onlayn bilet satışı platforması istifadəyə verilir

Bu gün şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı – biletim.az portalının təqdimatı olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, www.biletim.az portalı dekabr ayının 15-dən etibarən fəaliyyət göstərəcək.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilir. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dan yükləmək mümkündür.

Biletlər 10 gün əvvəldən satışa çıxarılacaq.

Sərnişinlər bilet əldə etmək üçün biletim.az saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır.

Leave a Reply