Azərbaycanda qeyri-qanuni sərnişindaşımaların qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər edilə bilər.
TIME bildirir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov hazırda qeyri-qanuni daşıyıcılara qanunla nəzarət etmək imkanın olmadığını qeyd edib.
“Bu problemlərin həll edilməsinin yolunu qanunvericilikdə dəyişikliklərin edilməsində görürük. Bir ildən çoxdur ki, dəyişikliklər paketi hazırlamışıq və aidiyyəti nazirliklərlə bir neçə mərhələdə müzakirələr aparılır. Hərtərəfli qiymətləndirmədən sonra yekun layihəni görəcəyik”, – deyə nazir müavini bildirib.
Nazir müavini onuda bilirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı müzakirə getmir.
“Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər. Bu gün taksi şirkətlərindən şikayətlərlə rastlaşırıq. Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmür”,- deyə nazir müavini bildirib.
Nazir müavinin sözlərinə əsasən, Bakıda sərnişindaşımada istifadə olunan minik avtomobillərinin – taksilərin, təxminən, 20 %-i xüsusi lisenziyaya malikdir, taksi kimi işləyən nəqliyyat vasitələrinin və onların sürücülərinin çoxu standartlara cavab vermir.
Beynəlxalq səviyyəli taksi servislərinə nəzər salsaq görərik ki, onlar yüksək xidmət səviyyəsi və hər bir müştəriyə fərdi yanaşma ilə seçilir.
Taksi sifarişinin seçimində əsas meyarlar aşağıdakılardır:
- Maşın gözləmə müddəti
- Gediş haqqı
- Təhlükəsizlik və rahatlıq
- Sifariş vermək asandır
Servisin seçimində əhəmiyyətli bir cəhət avtomobilin çağırışa gəlmə sürətidir. Bu baxımdan böyük avtoparkı və mobil tətbiqləri olan firmalar daha faydalıdır. Sifariş verildiyi andan avtomobilin çatdırılmasına qədər olan optimal vaxt 5-10 dəqiqə olmalıddır.
Yolda sərnişinlərin təhlükəsizliyi təkcə avtomobilin texniki vəziyyətindən deyil, həm də sürücünün peşəkarlığından asılıdır. Yaxşı reputasiyaya və yüksək etimada malik taksi şirkətləri sürücülərin ciddi seçimini aparır, onların sürücülük təcrübəsini, insani keyfiyyətlərini, stressə davamlılığını və s. yoxlayır.
Qanunsuz taksi sürücüləri ilə səyahət təhlükəsi
Rəsmi taksi xidmətləri ilə yanaşı, qeyri-leqal daşıyıcılar da öz xidmətlərini sərnişinlərə təklif edirlər ki, onlar səfərin keyfiyyətinə və onun təhlükəsizliyinə zəmanət verə bilmirlər. Qanunsuz taksi sürücülərinin təhlükəsi nədir:
- avtomobillər müntəzəm texniki baxışdan keçmir;
- sürücülər gündəlik tibbi müayinədən keçmirlər;
- tez-tez yolda gediş haqqı yuxarıya doğru dəyişir;
- sərnişinlər zaman-zaman rəzil münasibətlə qarşılaşırlar.
Özünə hörmət edən hər bir taksi xidməti öz nüfuzunu yüksək qiymətləndirir. Müştəri mənuniyyəti meyarı yüksək olan taksi xidmətlərinin mənfəəti və inkişaf imkanları daha yüksək olur.