Özünüməşğulluq proqramının əhatə dairəsi daha da genişləndirilir

2023-cü ilin sosial hədəflərindən biri özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində növbəti irəliləyişə nail olmaqdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, пələn il proqrama cəlb olunacaq şəxslərin sayının bu ilə nisbətən daha da artırılaraq 17100-ə çatdırılması nəzərdə tutulur.

Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də davam etdiriləcək.

Layihə, həmçinin yerli banklarla və sosial tərəfdaşlarla birgə işlər gələn il də proqramın genişləndirilməsinə mühüm dəstək olacaq.

Həssas əhali qruplarının öz kiçik bizneslərinin qurulmasına, kiçik sahibkarlığa çıxışına
dəstək göstərən özünüməşğulluq proqramının 2022-ci il üzrə 16 mindən çox şəxsi əhatə etməsi nəzərdə tutulub ki, onlardan bu ilin 11 ayında artıq 15,9 mini proqrama cəlb olunub.

Ümumilikdə özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə müqayisədə
proqrama cəlb olunanların illik sayı 14 dəfə artıb.

Leave a Reply