Azərbaycanda yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşdirildi

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

TIME bildirir ki, layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Milli Məclisin bu gün keçirilən iclasında növbəti ildə ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

Müzakirələrdən sonra ehtiyac meyarı səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, 2022-ci ildə Avropa ölkələrində yaşayış minimumu ayda 855 – 2000 avro təşkil edib, ağır iqtisadi böhram vəziyyətində olan Yunanıstanda yaşayış minimumu ayda 360 avro təşkil edir.

Ən kasıb ölkə sayılan Hindistnda yaşayış minimumu 11 avro təşkil edir, Qazaxstanda – 72,2 avro, Moldovada 89 avro, Belorusda – 83 avro təşkil edir.

Ən dövlətli ölkələr sayılan Qətərdə yaşayış minimumu 300 dollar, Yaponiyada 900 dollar, Honqkonqda isə 500 dollar təşkil edir.

Leave a Reply