UNESCO Ermənıstanın Qarabağda Azərbaycan mədəni irsinin məhv edilməsinə niyə göz yumur?

Ermənistan sistemli şəkildə abidələrimizi, mədəni sərvətlərimizi dağıdıb və qanunsuz olaraq mənimsəyib.

TIME bildirir ki, bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev onuda deyib ki, Azərbaycanın UNESCO-ya üzvlüyünün 30-illik dövründə UNESCO çərçivəsində bir sıra nailiyyətlər əldə edib.

M.Məmməd-Quliyev əlavə edib ki, münaqişədən sonrakı bərpa prosesində də Azərbaycan UNESCO ilə əməkdaşlıda maraqlıdır.

“2 il bundan öncə biz öz torpaqlarımızı 30 illik erməni işğalından azad etdik. Ermənistan sistemli şəkildə abidələrimizi, mədəni sərvətlərimizi dağıdıb və qanunsuz olaraq mənimsəyib. Məscidlərin dağıdılması mədəni genosiddir.

Bu ilin əvvəlində İSESCO texniki missiyasını Azərbaycana göndərdi. Biz müstəqil texniki missiyanın mümkün qədər tez keçirilməsinin tərəfdarıyıq. Ermənistan bu prosesə müdaxilə etməkdən uzaq durmalıdır. Bir daha UNESCO-nu texniki missiyanın keçirilməsinə dəvət edirəm”, – nazir müavini qeyd edib.

Konfransda çıxışı zamanı baş nazirin müavini Əli Əhmədov deyib ki, Ermənistanın Azərbaycana olan hərbi təcavüzü nəticəsində Azərbaycanın böyük mədəni sərvətləri dağıdılıb, məhv edilib.

O qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində mülki insanlar qətlə yetirildi, şəhər və kəndlər dağıdıldı.

“Azərbaycan 2 il öncə 44 günlük Vətən Müharibəsi ilə öz torpaqlarını azad etdi və erməni vandallığının daha əyani şahidi oldu”

Beynəlxalq ictimaiyyət müharibə, münaqişə zamanı mədəni sərvətlərin qorunmasına xüsusi diqqət ayırmalıdır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra dağıdılan mədəni sərvətlərimizlə bağlı Azərbaycanın qaldırdığı məsələlərə UNESCO biganə yanaşdı.

Bu gün də bu məsələlər UNESCO tərəfindən sükutla qarşılanır. Əgər bir qurum öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmirsə, onun alternativləri haqqında məsələ qaldırılmalıdır”, – Ə.Əhmədov deyib.

ICOMOS-un vitse-prezidenti Zeynep Gül Ünal konfransda çıxış edərkən qeyd edib ki, münaqişədən sonra dünya mədəni irsinin qorunması ilə bağlı rəhbər təlimatlar hazırlanıb.

O qeyd edib ki, İCOMOS-un Azərbaycanla mədəni irsin qorunması ilə bağlı sıx əməkdaşlığı var:

“Dayanıqlı və sülh içində gələcək üçün bu əməkdaşlıqlar mühümdür. İqlim dəyişiklikləri, hibrid müharibələr hər biri mədəni irs üçün böyük zərbədir”, – deyə o bildirib.

Konfransdan sonra Trend-ə özəl açıqlamasında Zeynep Gül Ünal deyib ki, Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir.

O qeyd edib ki, ərazilərin minalanması probleminə beynəlxalq sistem diqqət yetirməlidir.

“Təəssüf ki, minalar dünyanın hər yerində müharibələrdə istifadə edilən bir vasitədir. Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir. Hər platformada bu problem dilə gətirilməlidir, məsələyə göz yumulmamalıdır”,- deyə o əlavə edib.

Leave a Reply