Prezident İlham Əliyev Leyla Əliyevanın çəkdiyi rəsm əsərini Edi Ramaya hədiyyə edib 

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azirbaycanda rismı səfərdə olan Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub.

Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Albaniya əlaqələrinin gücləndiyini və yeni imkanların yarandığını qeyd edib.

“Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq”.

Albaniyanın Baş naziri Edi Rama məsələlərin gedişatı ilə bağlı təəssüratının heyrətamiz olduğunu qeyd edib.

“İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir. Qalan digər məsələlərə gəldikdə isə Siz dediyiniz kimi, biz işi davam etdirməliyik”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub.

Daha sonra dövlətimizin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu qonağa hədiyyə etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Leave a Reply