Bank dələduzluğunun növbəti üsulu aşkarlanıb

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank xidmətlərinin göstərilməsi sahəsində dələduzluq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, bank müştərilərinə aid məlumatlar dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək müxtəlif formalarda faydalanılır. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dələduzlar tərəfindən bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər olunur. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Banklar Assosiasiyası bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.

ABA bu növ dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal müştərisi olduğunuz bankla əlaqə saxlamağı tövsiyyə edib.

Leave a Reply