15 yaşa çatan qızlarda hansı zərərli vərdişlər əmələ qəlir?

Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi ilə bağlı aparılan sorğuların nəticəsi açıqlanıb.

TIME bildirir ki, Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə “Sağlam çəkiyə doğru” layihəsinin təqdimat mərasimində sorğunun 52 rayon üzrə 157 məktəbdə aparıldığını qeyd edıb.

“Respondentlərin 48 faizi oğlan, 52 faizi qızlar olub. 501 sinif üzrə aparılan sorğu zamanı məlum olub ki, şagirdlərin 90 faizdən çoxu sağlamlıqlarını qənaətbəxş hesab edirlər. Sorğuda iştirak edənlərin 0,4 faizi özünü bədbəxt hiss etdiyini deyib”.

Onun sözlərinə görə, sorğu zamanı şagirdlərin 5 faizinin siqaret çəkdiyi, qız şagirdlərin isə enerji içkilərinə daha çox meyl etdiyi müəyyən edilib.

Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə deyib ki, enerji içkilərindən daha çox oğlan uşaqları istifadə edir. 52 rayon üzrə 167 məktəbdə aparılan sorğunun nəticəsində 11 və 13 yaşında olan qızlar demək olar ki, enerji içkilərindən istifadə etmirlər.

“Amma 15 yaşa çatdıqda qızların 28.5 faizi hər gün bir dəfədən çox enerji içkilərindən istifadə edir”, – deyə o qeyd edib.

Leave a Reply