Dərman qıtlığı nə ilə bağlıdır?

Azərbaycanda bəzi dərman vasitələrinin tapılmaması həm xəstələr, həm həkimlər üçün narahatlıq yaradır.

TIME bildirir ki, deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında onuda deyib ki, dərman qıtlığı təcili tədbirlər görülməsini zəruri edir.

“Dərman qıtlığının başlıca 3 səbəb var, bunlardan ikisi beynəlxalq, biri isə daxili amildir. Birinci problem pandemiyanın dünya üçün yaratdığı sıxıntılar, istehsal zəncirinin qırısılması, logistika xərclərinin yüskək səviyyəyə çatması, ikinci məsələ Rusiya-Ukrayna müharibəsi, bu ölkələrdən dərmanların gətirilməsindəki problemlərdir. Üçüncü vacib məsələ isə qiymət tənzimlənməsidir. Yuxarıda sadalanan səbəblərə görə dərman qiymətlərində artım baş verib. Dərman gətirən özəl şirkətlər isə özləri qiyməti qaldıra bilmədikləri üçün onları ölkəyə gətirməyə tərəddüd edirlər. Hesab edirəm ki, dərman qiymətlərinin tənzimlənməsinə ehtiyac var”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda apteklərdə adı soyuqdəymədə istifadə edilən yüngül antibiotikləri belə tapmaq mümkün deyil. Əhali məcburiyyət qarşısında qalaraq onların daha baha alternativlərini almaq məcburiyyətində qalır.

Leave a Reply