Tibb işçilərinin əməkhaqlarında artımdan sonra böyük fərqlənmə yaranıb

Kliniki Tibbi Mərkəzdə həkimlərin əməkhaqqısı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb.

TIME bildirir ki, Kliniki Tibbi Mərkəzin rəhbəri Könül Ələkbərov bu günki mediatur zamanı deyib ki, 2019-cu ildə Kliniki Tibbi Mərkəzdə həkimlərin əməkhaqqısı 375 manat olub. Hazırda bu məbləğ 2 min 26 manatdır.

“Tibb bacılarının əməkhaqqısı 2019-cu ildə 258 manat olduğu halda, hazırda həmin şəxslərin aylıq maaşı 596 manatdır. Həmçinin, kiçik tibb heyəti işçilərinin aylıq əməkhaqqı 2019-cu ildə 209 manat olduğu halda, hazırda bu rəqəm 488 manatdır”, – K.Ələkbərov bildirib.

Rəqəmlərdən göründüyü kimi, xəstələrlə daimi təmasda olan və birbaşa baxım məsələlərini həyata keçirən tibb bacılarının və kiçik tibbi heyyətin əməkhaqları ilə həkimlərin əməkhaqları arasında artımdan sonra böyük fərq yaranıb və hazırda kiçik tibb heyətinin əməkhaqqısı həkimin əməkhaqqısının təxminən dörddə bir hissəsini təşkil edir. Artımdan öncə həkimlə tibb bacısının əməkhaqqısı arasında fərq 30% ətrafında olduğu halda, hazırda bu fərq 70% ətrafındadır.

Leave a Reply Cancel reply