STEAM Azerbaijan Festivalı işə başlayıb

5-9 dekabr tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsi çərçivəsində beynəxalq SAF (STEAM Azerbaijan Festival) 2022 keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, STEAM Azərbaycan Festivalı 10 kateqoriya üzrə yarış formatında, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Qeyd edək ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. Festivala ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Leave a Reply