Naxçıvanda aparılan istlahatlar nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin artması ilə bağlı gözləntilər var.
TIME bildirir ki, maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsində onuda deyib ki, bununla bağlı daha ətraflı məlumat veriləcək.
Nazir qeyd edib ki, büdcədən Naxçıvana ayrılacaq dotasiyanın həcminə yenidən baxılıb və ikinci oxunuşla müqayisədə üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır.
S.Şərifov bildirib ki, büdcədən Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilir. Nazirin sözlərinə görə, bu anlayış büdcəyə ilk dəfə daxil edilib.
Xatrıladaq ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiyanın 31,1 mln manat azaldılması, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində öz gəlirlərinin 20 milyon manat artırılması nəzərdə tutulmuşdu.