Türkiyədə zəlzələ baş verib – 46 yaralı var VİDEO

Türkiyənin Düzce vilayətində zəlzələ baş verib.

TIME Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən bildirir ki, yaralıların sayı Düzcədə 37, İstanbulda 1, Zonguldakda 6, Sakaryada 1, Boluda 1 nəfər olmaqla 46 nəfərə çatıb.

Zəlzələ bu gün səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə baş verib.

Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyənin şimal-qərbində və mərkəzi hissəsində bir çox bölgədə hiss olunub.

Leave a Reply