Rüşvətlə bağlı səs yazısı yayılan məktəb direktoru yeni təyinat alıb

Bakı şəhəri 45 nömrəli tam orta məktəbin sabiq direktoru 34 nömrəli tam orta məktəbə direktor təyin edilib.

TIME Trend-ə istinadən bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.

Xatırladaq ki, bir müddət öncə N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılıdığı bildirimişdi.

Leave a ReplyCancel reply