Qadın sahibkara 4 milyon manatdan yuxarı məbləğdə kredit verilib

2021-ci ildə kənd təsərrüfatının inkişafı məqsədilə 375 qadın sahibkara 4 milyon 262 min manat məbləğində kredit verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib ki, güzəştlər 3,204 milyon manat təşkil edib.

“2021-2022 təsərrüfat ili ərzində dövlət büdcəsi vəsaitləri hesabına Azərbaycanda 56,4 min manat subsidiyalar ödənilib”, – İ.Qədimova deyib.

Konfransda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil etdiyini qeyd edib.

“İqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir”, – deyə o bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 9 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.

Leave a Reply