DİN iş elanları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) internetdə yayılan saxta iş elanları ilə bağlı iş axtaranlara müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “evdə əlavə iş”, “evdən qablaşdırma”, “əlavə gəlir”” kimi başlıqlarla yaradılmış saxta iş elanlar vasitəsi ilə vətəndaşlar aldadılır.

“İnternetdə və ya sosial mediada rastlaşa biləcəyiniz saxta linklərdən, şirnikləndirici reklamlardan çəkinin!”, – deyə DİN ictimaiyyətə müraciət edib.

Leave a Reply