DİM vakansiya elan edib

      Dövlət İmtahan Mərkəzi (DİM) Test bankı şöbəsinə məsləhətçi vəzifəsi (sosial məzuniyyətdə olan işçi yeri) üzrə vakansiya elan edib.

      TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən tələblərə uyğun olmalıdırlar:

      Struktur bölmənin adı: Test bankı şöbəsi   

      Vəzifənin adı:  Məsləhətçi

      Təhsilə dair tələb: Texniki və ya təbiət elmləri üzrə ali təhsil

      Kompüter biliklərinə dair tələblər:

      MS Windows, MS Office proqramı (yüksək səviyyədə), məlumat bazalarının yaradılması, idarə edilməsi, aktuallaşdırılması və istifadəsi (orta səviyyədə).

      Qulluq funksiyaları:

      Yoxlama-ölçmə materiallarının qəbulu, emalı və bazaya daxil edilməsi.

      Dil biliklərinə dair tələblər:

      • ingilis dili – orta səviyyədə;
      • rus dili – orta səviyyədə.

      Vakansiya üzrə müraciət etmək istəyən şəxslərdən kadrlar uçotunun şəxsi vərəqəsini buradan yükləyib tam şəkildə dolduraraq 2022-ci il dekabrın 5-dək a.quliyeva@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “testbankı” yazaraq göndərmələri xahiş olunur. 

      Leave a Reply