Bakı metropoliteni yeni stansiyalar istifadəyə verəcək

Bakı metropoliteni Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb.

TIME Trend-ə istinadən bildirir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov onuda deyib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır: “Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur”, – Baş mühəndis deyib.

O bildirib ki, Bakı metropoliteninin Yaşıl xətti üzrə yerləşən, şərti adı Y-15 olan “Həzi Aslanov-2” stansiyasının tikintisi gələn il davam etdiriləcək. Hazırda tikinti işləri müvəqqəti dayandırılıb.

“Hazırda “Həzi Aslanov-2″ stansiyasında tikinti getmir. Amma stansiyanın böyük bir hissəsi tikilib. Gələn il müəyyən şərtlər daxilində biz stansiyanın tikintisini davam etdirə bilərik. Tikinti üçün Bakı metropoliteninin kifayət qədər imkanları var”, – Ə.Osmanov bildirib.

Xatırladaq ki, Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

Leave a Reply Cancel reply