Zəngilanda yaradılacaq ağıllı kənd dünyada mövcud olanlardan fərgli olacaq

2023-cü il martın sonunadək Ağalı kəndində daha 100 ailənin köçürülməsi planlaşdırılır.

TIME bildirir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı onuda deyib ki, Zəngilan rayonunun digər kəndlərinin də layihələndirilməsi davam etdirilir.

“Bəzi kəndlərin layihə konsepsiyası hazırdır, digər layihələr üzərində iş davam edir. Gələn ilin ortalarından bu kəndlərin tikintisinə başlamağı planlaşdırırıq. Gələn ildən, həmçinin Zəngilanda “ağıllı” şəhərin tikintisinə başlamaq nəzərdə tutulur”, – deyə o bildirib.

Kənd təsərrüfatı naziri İnam Kərimov Zəngilanda inşa olunan “Ağıllı kənd” haqda bəhs edərək, onun MDB məkanında ilk olacaq, eyni zamanda dünyada mövcud olan digər ağıllı kəndlərdən fərqlənəcək.

Nazir qeyd edib ki, rəqəmsallaşma, alternativ enerjidən istifadə, ictimai xidmətlərin elektronlaşması, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması “Ağıllı kənd”də kompleks şəkildə tətbiq olunmaqdadır.

“Buna görə Ağalıda inşa olunan “Ağıllı kənd” dünyada Azərbaycan modeli kimi qiymətləndirilə bilər. Bu yanaşma “Ağıllı kənd”lə tanış olan beynəlxalq təşkilatların nümayəndələri tərəfindən dəfələrlə vurğulanıb, etiraf olunub, nüfuzlu beynəlxalq tribunalardan səsləndirilib.

“Ağıllı kənd” modellərinə bütün dünyada böyük maraq var. Çünki kənd əhalisinin istək və ehtiyaclarının yerlərdə qarşılanması şəhərlərə axını azaldan başlıca faktordur. Qabaqcıl dünya ölkələri artan urbanizasiyanın yol açacağı ekoloji, demoqrafik və digər çətinliklərin qarşısını almağa çalışır. Bu məqsədlə iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan yeni texnologiyalar, inkişaf modelləri tətbiq edilməkdədir”, – deyə İ.Kərimov bildirib.

Konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qey edib ki, Azərbaycan “ağıllı” şəhər və kəndlərin yaradılmasında dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Onun sözlərinə görə, “ağıllı” şəhər və kənd konsepsiyası su və digər ethiyatların səmərəli istifadə olunmasına xidmət edir.

“Azərbaycanda 2020-ci ildən bu istiqamətdə işlər aparılır və ölkəmiz aparıcı şirkətlərlə əməkdaşlıq edir. “Onlayn Azərbaycan” konsepsiyası çərçivəsində dövlət sistemlərinin inteqrasiyası, “bulud” texonologiyalarına keçid üzrə işlər aparılır”, – nazir deyib.

Leave a Reply