Vergi orqanlarında işə qəbulla bağlı imtаhаnın nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi 20 noyabr 2022-ci ildə Dövlət Vergi Xidməti ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, imtahan nəticələri bu gün saat 14:40-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2504 namizəddən 45 nəfəri imtahana gəlməyib. 148 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Xatırladaq ki, imtahanda namizədlərə seçdikləri istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunub. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 22-24 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Leave a Reply