Azərbaycanda bütün evlərə, ucqar kəndlərə fiberoptik kabellər çəkiləcək

Hazırda Azərbaycanda 472 min evə fiberoptik kabel çəkilib və 2024-cü ilin sonuna qədər Azərbaycanda bütün evlərə, ucqar kəndlərə fiberoptik kabellər çəkiləcək.

TIME bildirir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər”mövzusunda beynəlxalq konfransda çıxışı zaman onuda qeyd edib ki, Azərbaycan unversitetlərini hər il İT ixisasları ilə 3 minə qədər tələbə bitirir.

“Biz çalışacağıq ki, digər ixtisaslardan olan tələbələrə, məsələn, fizika, riyaziyyat üzrə tələbələrə də təlimlər keçməklə İT ixtisası üzrə tələbələrin sayını artıraq. Azərbaycanda bu sahədə mütəxəssisə ehtiyac var. Azərbaycan Texniki Universiteti ilə razılaşmamız var, yaxın illərdə universitet tərəfindən təhlükəsizlik üzrə 932 mütəxəssis hazırlanacaq və bu sahədə mütəxəssislərin yetişdirilməsi davam etdiriləcək”, – deyə nazir əlavə edib.

Leave a Reply